"Hizbullah" İsrailə onlarla raket atıb

"Hizbullah" İsrailin Yuxarı Qaliley bölgəsindəki yaşayış məntəqələrinə onlarla raket atıb...

Təşkilat bildirib ki, əməliyyat Qəzza zolağında Əl-Tabiyin məktəbinin ərazisində 100-dən çox fələstinlinin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Livanın “Hizbullah” təşkilatı İsrailin Yuxarı Qalileydə yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirib.

“əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Livan-İsrail sərhədindən 20 km aralıda yerləşən Safed şəhəri də daxil olmaqla 20 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb. Onun sözlərinə görə, hücumun miqyası genişlənir və onlardan bir neçəsi Colan təpələrinə düşüb.

“Hizbullah” “Telegram” kanalında yayımlanan bəyanatında əməliyyatın Qəzza zolağındakı əl-Tabiyin məktəbində 100-dən çox fələstinlinin öldürülməsinə cavab olaraq həyata keçirildiyini bildirib. (APA)

Poliqon.info