Əlcəzair BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib

Əlcəzair BMT TŞ-yə Qəzzada məktəbə zərbə endirilməsi ilə əlaqədar iclas keçirməklə bağlı tələb göndərib...

Əlcəzair İsrailin Qəzza zolağında 100-dən çox insanın ölümünə səbəb olan Əl-Təbiyin məktəbinə endirdiyi zərbə ilə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) iclas keçirilməsi ilə bağlı tələb göndərib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə TŞ-dəki diplomatik mənbə məlumat verib.

Görüşün tarixi və formatı hələ razılaşdırılmayıb.

Poliqon.info