Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər...

Polqion demokrat.az-a istinadən xəbər verir ki, sözügedən təyinat 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra gözlənilir.

Məsələ ilə bağlı suala Elmar Məmmədyarov cavab vermək istəməyib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı hazırkı səfiri Polad Bülbüloğlu hazırda 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizəddir.