Goranboyda kütləvi zəhərlənmə

Goranboyda zəhərlənmə faktı qeydə alınıb...

APA-nın yerli bürosunun məlumatına görə 5 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə yardım tibbi yardım göstərilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənənlər 2012-ci il təvəllüdlü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüdlü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır.

Məlumata görə həmin şəxslər qidadan zəhərləniblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Poliqon.info