Rusiya ilə Azərbaycan arasında milli valyutada hesablaşmaların payı 70 %-i ötüb

2024-cü ilin yanvar-may aylarında Rusiya ilə Azərbaycan arasında milli valyutada qarşılıqlı hesablaşmaların payı 70 %-dən çox olub...

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini, RF ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Aleksey Overçuk deyib.

"Qarşılıqlı ticarətdə biz milli valyutalarımıza güvənirik ki, onların ikitərəfli hesablaşmaların strukturunda payı 2023-cü ilin sonunda 57,8 %, 2024-cü ilin yanvar ayının sonunda - 73,1 % olub", - Overçuk bildirib.

Poliqon.info