ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib
Bu barədə "Report" şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, əvvəki aydakı gözləntilərə nisbətən bu il üçün açıqlanan yeni proqnoz 0,4 faiz bəndi, 2025-ci il üçün – 0,2 faiz bəndi artıb, 2026-cı il üçün dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiya 1,9 %, dördüncü rübdə 3,2 % səviyyəsində gözlənilir.
2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 4,1 %, ikinci rübdə 4,5 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 %, iyun ayında ötən ilin eyni ayına nisbətən 1,1 % artıb, may ayına nisbətən 0,1 % azalıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (iyul proqnozu: 2024-cü ilə 5,4 % və 2025-ci ilə 5,5 %) artırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 % səviyyəsindədir.
Poliqon.info