Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini atəşə tutması nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb...

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, atəş nəticəsində 1000 kvadratmetr sahəsi olan ticarət mərkəzində baş verən yanğın söndürülüb. Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidməti, hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyir.

KİV-in məlumatına görə, hücum zamanı ağır artilleriyadan istifadə edilib. Həmçinin şəhərdəki “Novaya poçta”nın yük şöbəsi və supermarket də atəşə tutulub.

Poliqon.info