Rusiya Donetsk vilayətində mağazanı vurub, 11 nəfər ölüb, 37 nəfər yaralanıb - Yenilənib

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantinivka şəhərində mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb...

APA "Ukrinform"a istinadən xəbər ki, bu barədə Ukrayna Baş Prokurorluluğu məlumat yayıb.

Yaralananların sayı 37 nəfərə çatıb.

***

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.

Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən istifadə edib. Hədəfə ümumilikdə 12 raket atılıb.

Poliqon.info