Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb...

Oxu.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində monqolustanlı Munxtur Lxaqvagerel üz-üzə gəlib.

Rəqibinə 12:2 hesabı ilə qalib gələn Meşvildişvili 1/2 finala vəsiqə qazanıb.

***

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Oxu.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Poliqon.info