Qəbələdə çay kənarında avtomat və patronlar tapılıb

Qəbələ rayonunda çay kənarında avtomat və patronlar aşkarlanıb...

Bu barədə Poluqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay kənarından “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus daraq və 1089 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info