Sumqayıtda qadın öldürüldü: Qaynı saxlanıldı

Sumqayıtda qətl törədilib...

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib", - deyə məlumatda qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info