Amerika silahlarının satışı kəskin artıb

Pentaqon: ABŞ-ın silah satışı 2024-cü ilin sonuna qədər 100 milyard dolları keçə bilər...

ABŞ-ın digər ölkələrə silah satışından əldə etdiyi gəlir 2024-cü maliyyə ilinin sonuna kimi 100 milyard dolları keçə bilər ki, bu da ABŞ-ın Ukraynaya silah satışının başlamasından bəri buna tələbat artıb.

Poliqon xəbər verir ki, bu barədə Pentaqon rəsmi saytında məlumat yayıb.

“2022-ci ildə silah satışı 49 milyard dollar, 2023-cü ildə isə 66,2 milyard dollar olub. Lakin 2024-cü maliyyə ilində xaricə silah satışı artıq 80 milyard dolları ötüb və ilin sonuna qədər 100 milyard dollardan çox ola bilər”, deyə bəyanatda deyilir.

Pentaqon 2022-ci ildə Vaşinqtonun Ukraynaya silah tədarük etməyə başlamasından sonra dünyada Amerika silahlarına tələbatın artmağa başladığını vurğulayıb.

Poliqon.info