ÜST COVID-19-un qorxulu qayıdışından narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı yayda COVID-19-a yoluxma nisbətlərinin artdığını, müsbət test edənlərin sayının artması ilə əlaqədar bir çox ölkələrdə narahatlıq doğurduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının texniki məsləhətçisi Mariya Van Kerhove məlumat verib.

“Sistemimizdən əldə edilən məlumatlar göstərir ki, SARS-CoV-2 üçün müsbət testlərin faizi bir neçə həftədir ki, artmaqdadır”, deyə Kerhove bildirib.

ÜST rəsmisi əlavə edib ki, 84 ölkədə yoluxmalarda artım müşahidə olunub. Həmçinin COVID-19-un yay dalğası Parisdə 40 olimpiya idmançısının yoluxmasına səbəb olub. Kerhove bunu “COVID-19-un həyəcan verici qayıdışı” adlandırdı.

Amerikalı ekspert Erik Topol isə bildirib ki, tezliklə “KP.3.1.1” virusunun yeni ştammı yarana və ABŞ-da xəstəliyin dominant formasına çevrilə bilər.

Kerhove, daha da şiddətli olacaq yeni bir COVID-19 ştamının ortaya çıxması ilə bağlı narahatedici qorxuları təsdiqləyib.

Poliqon.info