Vergi ödəyicilərinin yarısının heç bir fəaliyyəti yoxdur – Rəsmi

Bu ilin avqustun 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 780,5 min olub...

Yeniavaz.com xəbər verir ki, vergi ödəyicilərinin sayı son bir ay ərzində 2,5 min ədəd artıb.

Belə ki, iyulun 1-nə olan məlumatda aktiv vergi ödəyicilərinin sayının 778 min olduğu qeyd olunub.

Onu da qeyd edək ki, iyul ayının 1-nə olan məlumatda ölkədə ümumilikdə 1 milyon 556 min 28 vergi ödəyicisinin olduğu bildirilib. Bu isə o deməkdir ki, vergi ödəyicilərinin yarısının heç bir fəaliyyəti yoxdur.

Poliqon.info