Kim Çen In sevmədiyi nənəsinin malikanəsini söküb

Şimali Koreya lideri Kim Çen In sevmədiyi nənəsinin malikanəsini söküb...

Poliqon xəbər verir ki, bu barədə “Daily Mail” nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu iqamətgahın saxlanmasına həddindən artıq pul xərclənirmiş.

Nəşrin məlumatına görə, bu səbədən Kim Çen In buldozerlə nənəsinin malikanəsinin sökülməsinə göstəriş verib. Mənbələrin dediyinə görə, heç kimin yaşamadığı malikanənin saxlanması dövlət üçün çox baha başa gəlib.

“Ev 11 hektar meşə ilə əhatə olunmuş Hapcanq çayı üzərindəki süni gölün yanındakı kiçik təpədə yerləşirdi. O, həmçinin təhlükəsizlik çəpəri ilə qorunurdu və mühafizəçilər və digər işçilər üçün öz otaqları var idi”, - deyə Şimali Koreya eksperti Ceykob Boql bildirib.

Boql xatırladıb ki, Kim Çen Inın nənəsi Kim Sonq Ae KXDR-in hazırkı hökmdarının atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub. Buna səbəb qadının sürgünə göndərilən digər oğlu Kim Pxen İri hakimiyyətin yuxarı eşelonlarına qaldırmaq cəhdləri olub.

Poliqon.info