Bayden: Harrisin seçkidə Trampa qalib gələcəyinə əminəm...

ABŞ prezidenti Co Bayden ölkənin vitse-prezidenti və Demokratlar Partiyasından ən yüksək dövlət vəzifəsinə namizəd Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə Respublikaçı Donald Trampa qalib gələcəyinə əmin olduğunu bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasında jurnalistlərə bildirib.

Bayden jurnalistin müvafiq sualına cavab verərkən “Bəli, mən bundan əminəm” deyib və baş barmağını yuxarı qaldırıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin onlarda Demokrat Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin iyun ayında Trampla televiziya debatındakı fəlakətli çıxışından sonra o, yarışı tərk etmək qərarına gəldi və Harrisin ən prezidentliyə namizədliyini dəstəklədi.

Poliqon.info