Harris və Tramp debata qərar veriblər

ABŞ prezidentliyinə namizədlər, vitse-prezident Kəmalə Harris və ölkənin keçmiş lideri Donald Tramp nəhayət debat keçirmək barədə razılığa gəliblər...

Poliqon xəbər verir ki, debat sentyabrın 10-da keçiriləcək və ABC News telekanalı vasitəsi ilə yayımlanacaq.

"ABC News sentyabrın 10-da prezidentlik debatına ev sahibliyi edəcək. Vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp ABC telekanalındakı debatda iştirak edəcəklərini təsdiqləyiblər", deyə bildirilib.

Qeyd edək ki, son sorğulara əsasən, Kamala Harris seçici simpatiyasına görə Donald Trampı minimal üstünlüklə qabaqlayır. Bunu CBS News-un sifarişi ilə keçirilən yeni sosioloji sorğu təsdiqləyib.

Donald Tramp Kamala Harris onun çağırışını qəbul etməyə hazır olduğunu dedikdən sonra onunla müzakirə etməyə razılıq verib.

Kamala Harris Co Baydenin yarışdan çəkilməsindən sonra prezidentliyə namizəd olub.

Poliqon.info