Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 11-ə çatıb - Yenilənib

Türkiyənin paytaxtı Ankarada baş verən yol qəzasında ölənlərin sayı 11-ə çatıb...

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.

***

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.

Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.

Poliqon.info