Azərbaycan Premyer Liqasında II tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək...

Poliqon-nun məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Son ölkə çempionu "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"i qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

İlk turda "Qarabağ" "Araz Naxçıvan"ı 4:1 hesabı ilə üstələyib. "Kəpəz" isə səfərdə "Sumqayıt"a yenilib - 0:2.

Azərbaycan Premyer Liqası

II tur

20:00. "Qarabağ" - "Kəpəz"

"Azərsun Arena".

Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.

Poliqon.info