Tramp: ABŞ Rusiya və Çinin hörmətini itirib...

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, prezident Co Bayden administrasiyasına görə ABŞ Rusiya və Çin yanında hörmətini itirib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Tramp adəti üzrə Çin lideri Si Tsinpinlə yaxşı münasibətdə olduğunu vurğulayıb.

“Rusiya artıq bizə hörmət etmir. Çin artıq bizə hörmət etmir”, deyə Tramp Floridadakı Mar-a-Laqo malikanəsində təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Tramp əlavə etdi ki, Si Tinpin ilə münasibətləri COVID-19-a görə zədələnib, lakin seçiləcəyi təqdirdə onu bərpa edə biləcəyinə əmindir.

“İnanıram ki, yenidən gözəl münasibətimiz olacaq. Bu, qarşılıqlı faydalı əlaqələr olacaq”, deyə ABŞ-ın keçmiş prezidenti əminliyini ifadə edib.

Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək.

Poliqon.info