ABŞ eskalasiya qorxusu ilə Yaxın Şərqə çoxlu hərbiçi yerləşdirir

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyir ki, İranın İsrailə hücumu üçün qətiyyən heç bir qanuni əsası yoxdur...

Poliqon TASS Agentkiyinə istinadən xəbər verir ki, rəsmi Amerika hakimiyyətinin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini qeyd edib.

“Biz bölgəyə çoxlu sayda hərbi qüvvələr, o cümlədən F-22-lər yerləşdirmişik. Beləliklə, biz hər hansı gözlənilməz hallara hazır olacağıq”, deyə rəsmi onlayn brifinq zamanı bildirib.

ABŞ administrasiyasının rəsmisi əmindir ki, İsrailə hücum İran üçün ciddi nəticələr verəcək.

“Biz bu hücumun qarşısını almaq üçün əlimizdən gələni edirik və İrana nümayiş etdiririk ki, hərbi hücumdan daha yaxşı variant var”.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və Livan “Hizbullah” hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şükrün Beyrutda ləğvindən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib.

Poliqon.info