Banqladeşin müvəqqəti hökuməti and içib

Banqladeş prezidenti Şahabuddin Çuppu müvəqqəti hökumətin başçısı, Nobel mükafatı laureatı Məhəmməd Yunusu andını qəbul edib...

Poliqon yerli Jamuna TV telekanalına istinadən xəbər verir ki, yeni nazirlər kabinetinin üzvləri də baş nazirlə birlikdə and içiblər.

Hökumətin tərkibinə etirazçı tələbə hərəkatının iki lideri, Nahid İslam və Asif Mahmud Sajib Bhuiyan daxil olub. Həmçinin Mərkəzi Bankın keçmiş rəhbəri Saleh Uddin Əhməd, keçmiş xarici işlər naziri Tuhid Hüseyn, Banqladeşli hüquqşünas və ekoloq Sayed Rizvan Hasan, istefada olan general Səxavat Hüseyn və bir neçə başqa şəxs də daxil olub.

Xatırladaq ki, iyul ayında Banqladeşdə kütləvi etirazlar başlayıb. Etirazçılar baş nazir Şeyx Hasinanın partiyasını hakimiyyətdə saxlamağa kömək etdiyinə inandıqları hökumət işləri üçün kvota sisteminin ləğvini tələb ediblər. Ayrı-seçkiliyə Qarşı Tələbə Hərəkatının təşəbbüsü ilə keçən həftə etirazlar yenidən başlayıb. Avqustun 5-də xanım Hasina istefa verib və ölkəni tərk edib. Avqustun 6-da Banqladeş prezidenti parlamenti buraxıb.

Poliqon.info