ABŞ F-22 Raptorları Yaxın Şərqə yerləşdirib

ABŞ İsrail və İran arasında münaqişənin şiddətlənəcəyi təqdirdə müdaxiləyə hazır olmaq üçün Yaxın Şərqə beşinci nəsil F-22 Raptor qırıcıları yerləşdirib...

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın “X” səhifəsində məsələ ilə bağlı deyilir: "F-22 Raptor avqustun 8-də ABŞ-ın İran və müttəfiqləri tərəfindən regionda mümkün eskalasiyanın qarşısını almaq üçün qüvvələrin yenidən yerləşdirilməsinin bir hissəsi olaraq CENTCOM-un cavabdeh olduğu bölgəyə gətirilib" .

Qeyd edək ki, Pentaqon bundan əvvəl İsraili qorumaq üçün Yaxın Şərqə əlavə gəmi və təyyarələr göndərdiyini, həmçinin raketdən müdafiə sistemlərinin yerləşdirilməsi üçün hazırlığı artırdığını açıqlamışdı.

Poliqon.info