Lənkəranda avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər yaralanıb...

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Lənkəran – Lerik magistralının Qurumba kəndi ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı minik avtomobil "Mercedes" markalı minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər daha sonra elektrik dirəklərinə çırpılıblar. Qəza nəticəsində üç nəfər – Lənkəran rayon Kərgəlan kənd sakini 1989-cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi 1995-ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rrayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan birinin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info