Portuqaliya millisinin üzvü karyerasını başa vurub

Portuqalya millisinin futbolçusu Pepe futbolçu karyerasını başa vurub...

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu son olaraq ölkəsində "Portu"nun formasını geyinib.

Qeyd edək ki, Pepe karyerası ərzində Türkiyənin "Beşiktaş" və İspaniyanın "Real" (Madrid) kimi klublarında çıxış edib. O, bu yay Almaniyada keçirilən Avropa çempionatında meydana çıxan ən yaşlı futbolçu kimi tarixə düşüb.

Poliqon.info