ABŞ səfirliyi VHP ilə seçkini müzakirə edib

VHP sədrinin müavini Samir Əsədli ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri ilə görüşüb...

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini-Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Diana Braunla görüşüb.

Poliqon xəbər verir ki, görüş zamanı parlament seçkiləri ilə bağlı ölkədəki ictimai-siyasi durum, seçki mühiti hada müzakirələr aparılıb.

S.Əsədli VHP-nin seçki fəaliyyəti, qeydə alınmış namizədlər haqda diplomata məlumat verib.

Poliqon.info