Bakıda əvvəllər məhkum olunmuş qadın dələduzluğa görə saxlanılıb

Cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub...

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Poliqon.info