Laçında itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovla Ağdamda vida mərasimi keçirilir - Fotolar

Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovun meyitinin qalıqları Ağdam rayonunda ailəsinə təhvil verilib...

"Report"un Qarabağ bürosunun məlumatına görə də, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, Fərid Əjdər oğlu Məmmədov 2003-cü il mayın 23-də anadan olub. F.Məmmədov və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

F.Məmmədov Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.

##galery##

Poliqon.info