Kanada hökuməti diplomatların uşaqlarını İsraildən təxliyə edir

Kanada hökuməti çərşənbə günü bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusu fonunda diplomatlarının uşaqları və qəyyumlarını İsraildən geri çəkmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə “The Canadian Press” nəşri məlumat yayıb.

Kanada Xarici İşlər Nazirliyi “The Canadian Press”ə bildirib ki, diplomatların uşaqları və onların qəyyumlarının təhlükəsiz üçüncü ölkəyə müvəqqəti köçürülməsinə qəarar verib.

“İsrailin İran və Livanın “Hizbullah” hərəkatı ilə gərginliyi, İsrailin Qəzzaya hücumu səbəbindən artıq sərhəddə olan bölgədə genişmiqyaslı qarşıdurma qorxusunu artırıb”, deyə Nazirlikdən bildiriblər.

Nazirlik əlavə edib ki, İordan çayının qərb sahilində Ramallahda və Beyrutda olan diplomatların onlarla birlikdə yaşayan himayədarları yoxdur. Kanada şənbə günü davam edən regional münaqişə və gözlənilməz təhlükəsizlik vəziyyətini əsas gətirərək vətəndaşlarına İsrailə bütün səyahətlərdən çəkinmələri barədə də xəbərdarlıq edib.

Kanada hökumətinin bəyanatında deyilir ki, Təl-Əviv və Beyrutdakı səfirliklər, eləcə də Fələstin Administrasiyasının İordan çayının qərb sahilindəki ofisi tam fəaliyyətini davam etdirir və kanadalılara əsas xidmətləri göstərməyə davam edir.

Poliqon.info