Trampın müttəfiqi: ABŞ Avropanı qorumağa borclu deyil...

ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens bildirib ki, Vaşinqton hərbi təhlükə yarandığı təqdirdə Avropa ölkələrinin müdafiə qabiliyyətini təmin etməyə borclu deyil...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə "Semafor" portalına müsahibəsində bildirib.

Vens Kamala Harris komandasının Rusiya prezidenti Vladimir Putinin Ukraynada dayandırılmasa, Almaniyaya doğru hərəkət edəcəyi ilə bağlı açıqlamalarını yalan adlandırıb. Bundan əlavə, Vens bu cür bəyanatların dünyanın ən böyük iqtisadiyyatı olan Almaniyanın müdafiə qabiliyyəti haqqında mənfi fikir formalaşdırdığını bildirib. Onun sözlərinə görə, Berlin öz müdafiəsinə sərmayə qoymalıdır.

ABŞ-ın vitse-prezidentliyə namizədi bildirib ki, Donald Tramp seçkidə qalib gələrsə, Vaşinqton Avropa ölkələri ilə münasibətləri gücləndirməyə davam edəcək, lakin müdafiə və enerji məsələlərində özünü təmin etməyi tələb edəcək.

Bundan əvvəl Bloomberg yazıb ki, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın müşavirləri prezident seçkilərində qalib gəlsə, NATO müttəfiqlərindən hərbi ehtiyaclar üçün xərcləri artırmağı tələb edəcəyini təklif ediblər.

Poliqon.info