Medvedev Ukraynada hərbi əməliyyatların nə zaman dayanacağını açıqlayıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini: Ukraynadakı “xüsusi hərbi əməliyyat” yalnız Rusiya üçün məqbul olan şəraitdə başa çatacaq...

Ukrayna münaqişəsinin sonu Moskva üçün əlverişli və məqbul olan şəraitdə baş verməlidir.

Poliqon xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

Medvedyev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edərək, rus qoşunlarını “açıq və tərəddüd etmədən” qonşu dövlətin ərazisinin dərinliyinə doğru irəliləməyə çağırıb. Medvedevin sözlərinə görə, “xüsusi hərbi əməliyyat”ıniştirakçıları Kiyevə çatmalıdırlar.

“Banderaitlərin Kursk vilayətində terror əməliyyatı bu mövzuda istənilən tabuları aradan qaldırmalıdır. Biz yalnız özümüz üçün məqbul və sərfəli hesab etdikdə dayanacağıq”, deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Qeyd edək ki, avqustun 6-da səhər saatlarında Ukrayna hərbiçiləri dövlət sərhədini keçərək Kursk vilayəti ərazisinə daxil olublar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 300-ə yaxın hərbçisi Nikolaevo-Daryino və Oleşnya yaşayış məntəqələri ərazisində ölkə ordusunun mövqelərinə hücum edib. Bundan əlavə, gün ərzində bir sıra digər şəhər və kəndlər də atəşə tutulub.

Son məlumatlara görə Ukrayna hərbiçiləri hazırda 10-dan artıq yaşayış məntəqəsinə nəzarət edir.

Poliqon.info