Politico: İran İsrailə qarşı kütləvi hücumdan imtina edə bilər...

İran Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümünə cavab olaraq İsrailə qarşı kütləvi hücumdan imtina edə bilər...

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələr nəşrə bildiriblər ki, Amerika prezidenti Co Bayden administrasiyası son günlər diplomatik kanallar vasitəsilə işləyir və Tehranı İsrailə hücum qərarını yenidən nəzərdən keçirməyə sövq etmək üçün Yaxın Şərqdəki müttəfiqlərini cəlb etməyə çalışır. Diplomatlar öz növbəsində, İrana xəbərdarlıq ediblər ki, kütləvi zərbə regionda gərginliyi artıracaq və iki ölkə arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

Bundan əlavə, ABŞ səlahiyyətliləri birbaşa İranı Haniyənin ölümünə mümkün cavabını yenidən nəzərdən keçirməyə çağırıb, çünki onun ölümü genişmiqyaslı hücum deyil, gizli əməliyyatın nəticəsidir. Amerika tərəfi hücum nəticəsində bir nəfər də olsun İran vətəndaşının ölmədiyini də qeyd edib.

Rəsmilərin fikrincə, Tehran getdikcə Vaşinqtonun mövqeyinə meyllənir.

Poliqon.info