İrandan hücum olacağı təqdirdə Netanyahu bunkerə sığınacaq

İrandan hücum olacağı təqdirdə İsrailin baş naziri Benyamin Netanyahu ailəsi ilə birlikdə Qüds yaxınlığında yerləşən bunkerə sığınmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə “Walla” portalı məlumat yayıb.

Portalın mənbələri bildirib ki, Netanyahu, arvadı və evdə oğlu İranın “əsas cinayətkarların evlərinə” zərbə endirmək təhdidlərini ciddi qəbul ediblər. Eyni zamanda, İsrail baş nazirinin ofisi bu məlumatı təkzib edib.

Bundan əvvəl portal İsrail Baş Təhlükəsizlik Xidmətinin Qüds ərazisində idarəetmə üçün yeraltı bunkeri istismara hazırladığını bildirmişdi. Bunkerin tikilməsi qərarı 2007-ci ildə İkinci Livan müharibəsindən sonra verilib. Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi i olaraq adlandırılan bunker raket təhdidlərindən və müxtəlif növ silahlardan qorunmaq üçün nəzərdə tutulub. Bunker bir neçə yüz nəfər üçün nəzərdə tutulub.

Poliqon.info