İsrail ordusu Qəzzada HƏMAS liderinin məhv edildiyini açıqlayıb

İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında radikal HƏMAS hərəkatının yüksək rütbəli üzvlərindən birini məhv edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında bildirilib.

"İsrail Müdafiə Qüvvələri (IDF) və İsrailin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Qəzza zolağında Yəhudeya və Samariyada terror aktları törətməkdə iştirak edən HƏMAS üzvünü məhv edib” deyə məlumatda bildirilir.

Xəbərdə qeyd edilir ki, iyulun 24-də birgə əməliyyat zamanı İDF və Şin Bet Qəzza zolağında HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi yerə zərbə endirilib, onun məhv edildiyinə dair kəşfiyyat məlumatı alınıb.

Poliqon.info