Husilər konteyner gəmisinə və iki Amerika esminesinə hücum ediblər

Husilər kimi tanınan şiə “Ənsar Allah” hərəkatı Qırmızı dənizdə “Contship Ono” konteyner gəmisinə və ABŞ-ın iki esminesinə hücumlar həyata keçirdiklərini bildirib...

Poliqon xəbər verir ki, Husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria hərəkatın dünən üç əməliyyat keçirməsi barədə məlumat verib.

“Onlardan biri zamanı Qırmızı dənizdə “Contship Ono” gəmisi hücuma məruz qalıb”,deyə Yəhya Saria bildirib.

“Marinetraffic” gəmi izləmə xidmətinin məlumatlarına əsasən, “Contship Ono” Liberiya bayrağı altında üzən konteyner gəmisidir.

Saria əlavə edib ki, iki Amerika esminesi hücuma məruz qalıb.

Yəmənin şimalına nəzarət edən husilər mütəmadi olaraq bu ölkənin sahillərində İsraillə əlaqəli hesab etdikləri gəmilərə hücum edir. Onlar öz hərəkətlərini Fələstin xalqı ilə həmrəylik motivləri kimi izah edirlər.

Poliqon.info