Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib

Estoniya hakimiyyəti avqustun 8-də Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib...

Bundan sonra Rusiya ilə sərhədi keçən bütün şəxslər, eləcə də bütün yüklər yoxlanılacaq. Əvvəllər yoxlama təsadüfi qaydada aparılırdı.

Baş nazir qeyd edib ki, sanksiya tətbiq edilən malların Estoniya ərazisindən daşınmasının qarşısını almaq üçün tam gömrük nəzarəti tətbiq edilir. Kristen Mihal tədbirin Narva, Koidula və Luhamaa keçid məntəqələrinə təsir edəcəyinə aydınlıq gətirib.

Baş nazir bildirib ki, sərhədi piyada keçərkən gömrük əməkdaşları hər bir şəxsi və onların baqajını yoxlamaq üçün daha çox vaxt aparacaqlar. Əgər şəxs avtomobillə sərhədi keçərsə, o zaman nəqliyyat vasitəsinin özü və içindəki əşyalar yoxlanılacaq. Avtobus sərnişinləri baqajları ilə birlikdə axtarışa veriləcək.

Poliqon.info