“Hizbullah” İrandan asılı olmayaraq İsraili vura bilər

Livanın “Hizbullah” şiə hərəkatı İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsrailə hücum edə bilər...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı kəşfiyyat məlumatları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Telekanalın mənbələrinin fikrincə, “Hizbullah” İsrailə hücum hazırlamaqda İrandan daha sürətli hərəkət edir. Ona görə də mənbələr şiə hərəkatının yaxın bir neçə gündə hücum edə biləcəyini bildirir. Mənbələrə görə, şiə hərəkatı İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olduğu üçün xəbərdarlıq etmədən hücum edə bilir.

CNN-in həmsöhbətləri qeyd ediblər ki, hələlik “Hizbullah” və İranın öz hərəkətlərini necə koordinasiya etdiyi və ya ümumiyyətlə bunu edib-etmədikləri barədə məlumat yoxdur. Bununla belə, ABŞ rəsmiləri hesab edir ki, tərəflər növbəti addımlar barədə hələ razılığa gəlməyiblər.

Xatırladaq ki, İran və Livanın “Hizbullah” hərəkatı Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və Hizbullahın hərbi komandiri Fuad Şükrün Beyrutda öldürülməsinə görə qisas alacaqlarına söz verib.

Poliqon.info