İsrailin Xan Yunisə endirdiyi zərbələr nəticəsində azı 10 nəfər həlak olub

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərq rayonlarına hücum edib...

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb. Telekanalın xəbərinə görə hücum zamanı azı 10 nəfər həlak olub.

İsrail ordusu həmçinin genişmiqyaslı hərbi əməliyyatdan əvvəl yerli sakinlərə Qəzzanın şimalındakı Beyt Hanun və Beyt Lahiya bölgələrini dərhal boşaltmağı əmr edib.

Qeyd olunur ki, zərbələrdən biri şəhərin köçkünlər üçün çadırların yerləşdiyi hissəsinə endirilib. Orada ən azı altı fələstinli həlak olub. Qəzza zolağının cənubunda, Xan Yunisin şərqində, Abasan əl-Kəbirə qəsəbəsində yaşayış binasına hücum nəticəsində daha 4 nəfər həlak olub.

Poliqon.info