Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub...

Gədəbəydə avtomobil qəzası nəticəsində xəsarət alanlar kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2009-cü il təvəllüdlü Elmir Eldar oğlu Qurbanov və 2005-ci il təvəllüdlü Eldəniz Məmməd oğlu Məmmədov ciddi xəsarətlər alıblar və xəstəxanaya yerləşdirilib. 

"Hadisə yerinə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır"-deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, qəzada xəsarət alan daha 2 nəfərə isə ambulator yardım göstərilib.

***

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info