İki il əvvəl Laçında itkin düşmüş hərbçinin nəşi Ağdamda ailəsinə təhvil verilib - Foto

İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib...

APA-nın yerli müxbiri xəbər verir ki, əsgər Məmmədov Fərid Əjdər oğlunun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayon Orta Qərvənd kəndinə gətirilib.

Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək.

Poliqon.info