"Tottenhem"in futbolçusu La Liqada çıxış edəcək

İngiltərənin "Tottenhem" klubu futbolçusu Aleho Velizi icarəyə verib...

"Report" xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı hücumçu 2024/2025 mövsümündə İspaniyanın "Sevilya" kollektivində çıxış edəcək.

Qeyd edək ki, Aleho Veliz ötən ilə qədər Argentinanın U-20 millisinin şərəfini qoruyub.

Poliqon.info