Ucar sakini faciəvi şəkildə öldü

Ucar rayon sakininin üzərinə beton düşüb...

Poliqon APA-ya istinadən bildirir ki, hadisə Göyçayda köhnə tikililər olan ərazidə qeydə alınıb.

Belə ki, Ucar rayon sakini 1985-ci il təvəllüdlü İsgəndərov Səxavət Aydın oğlu dəmir yığarkən ehtiyatsız davranıb və üzərinə beton düşüb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info