Juninyo Reynaldoya çatıb

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombadirləri siyahısında dəyişiklik olub...

İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu Olavio Juninyo 2-ci yerə şərik çıxıb.

Braziliyalı hücumçu buna 11-ci avrokubok qoluna imza atmaqla nail olub. O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Lüdoqorets”lə Bakıdakı ilk görüşündə fərqlənib.

Juninyo bu göstəricidə Reynaldoya çatıb. Braziliyalı cütlük yalnız Abdullah Zubirdən geri qalır. Fransalı yarımmüdafiəçi 14 dəfə fərqlənib.

Hər üç bombardir bütün qollarını “Qarabağ”ın heyətində vurub. Ən azı 10 qol vurmağı bacaran digər oyunçu Filip Ozobiçdir. O, 10 dəfə bu sevinci yaşayıb. Yarımmüdafiəçi “Qəbələ” və “Qarabağ” forması ilə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” “Lüdoqorets”lə matçda 1:2 hesabı ilə uduzub.

Poliqon.info