Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yaydı    

Paytaxtımız Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində şəhərin park və istirahət bağları, küçə və yol kənarlarında mövcud ağaclara gündəlik qulluq göstərilir, mütəmadi olaraq ağacların qurumuş, təhlükə yaradan budaqları budanır, sınmış və qurumuş ağacların yerinə yeniləri əkilir, gündəlik suvarılma işləri həyata keçirilir.

Yaz-yay aylarında küçə və yol kənarlarındakı ağaclarda böyük inkişaf vardır. Ağacların inkişaf dövründə ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu da öz növbəsində sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır. 

Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır. 

Onu da nəzərə lazımdır ki, bu daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmazdır. Buna görə də Yaşıllaşdırma Təsərüffat Birliyi aidiyyəti qurum və ictimai nəqliyyatın balans daşıyıcılarına müraciət edərək paytaxtın müxtəlif ərazilərində bu kimi hallarla rastlaşdıqda birliyə müraciət etmələrini xahiş edir .

Poliqon.info