Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi (bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla) 21 milyard 870,9 milyon kubmetr təşkil edib...

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, təbii qaz üzrə ehtiyatların 27,5 %-i ölkə daxilində istehlak edilib, 59,8 %-i ixrac olunub, 2,5 %-i itkiyə gedib, 10,2 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 %-i istehsal ehtiyaclarına sərf edilib, 40,2 %-i isə əhaliyə satılıb.

Yanvar-iyun aylarında 13 milyard 079,6 milyon kubmetr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 % çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 milyard 420,4 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 % az təbii qaz istehlak edilib, onun 37,9 %-i Bakı şəhərinin, 3,1 %-i Naxçıvan Muxtar Respublikasının, 11,7 %-i Abşeron-Xızı, 6 %-i Gəncə-Daşkəsən, hər biri 5,7 % olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 %-i Qazax-Tovuz, 5 %-i Şəki-Zaqatala, 4,9 %-i Quba-Xaçmaz, 4,6 %-i Qarabağ, 3,8 %-i Mil-Muğan, 3,6 %-i Şirvan-Salyan, 2,5 %-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.(report)

Poliqon.info