Gədəbəydə üç tona yaxın çətənə kolu məhv edilib

Gədəbəydə yabanı halda bitən 2 ton 675 kq çətənə bitkisi məhv edilib...

Poliqon xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" planına uyğun olaraq keçirdikləri tədbirlər ərazisində yabanı halda bitən 2 ton 675 kq (2 055 ədəd) çətənə bitkisi toplanılaraq məhv edilib.

Poliqon.info