Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir

4,4 mindən çox yük maşını "Yuxarı Lars" keçid məntəqəsindən keçmək üçün gözləyir...

"Report" xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

Rusiya tərəfdən ümumilikdə 4 419 qoşqu Gürcüstana girişi gözləyir.

Qeyd edək ki, Gürcüstan-Rusiya sərhədinə gedən yolda nəqliyyatın hərəkəti sərbəstdir. "Yuxarı Lars" keçid məntəqəsində parkinq yeri çatışmazlığı səbəbindən növbə yaranıb.

Poliqon.info