Paris-2024: Süleymanovun bürünc şansı

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki, bu gün üç çəkidə medal qarşılaşmaları baş tutacaq.

Azərbaycan güləşçisi Sənan Süleymanov da mükafat uğrunda mübarizə aparacaq. O, bürünc əldə etməyə çalışacaq.

Yunan-Roma güləşi77 kqSənan Süleymanov 3-cü yer uğrunda qarşılaşmaya çıxacaq. Onun rəqibi təsəlliverici görüşdə bəlli olacaq. Təmsilçimiz Jair Kuero (Kolumbiya) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Sənan dünya çempionatlarının ikiqat gümüş mükafatçısıdır.

Poliqon.info