Ən təmizkar bürclər - Onlarla yaşamaq çox çətindir

Bu bürclər təbiətcə təmizliyə xüsusi diqqət yetirirlər. Onları təmizlik xəstəsi də adlandırmaq olar...

Poliqon teleqraf.com-a istinadən astroloji proqnoza görə həmin bürcləri tədqim edir.

Qız - Qız bürcünün vasvasılığı hər kəsə məlumdur. Onlar üçün görünməyən yerlər belə təmiz olmalıdır. Ağardıcı götürüb bütün dünyanı yuya bilərlər. Qız bürcü həqiqətən evdə və işdə ən çətin bürclərdir. Təmizlik xəstəsi olan Qız bürcü ilə yaşamaq çox çətindir.

Balıqlar - Qız bürcü qədər olmasalar da balıqlar da təmizliyi diqqət edirlər. Onlar üçün müəyyən ərazilər ləkəsiz və təmiz olmalıdır. Balıqlar ümumiyyətlə geyim mövzusunda çox vasvası olurlar. Kiçik yemək ləkəsi olsa belə, həmin paltarı dərhal çıxarmaq istəyirlər. Əksər Balıqlar yeni paltarlarını ən azı iki dəfə yumadan geyinmirlər.

Buğa - Detallara aludə olan Buğa bürcü də vasvası bürclər siyahısındadır. Onların ən çox maraqlandıqları şkafların içərisindədir. Onlar üçün bu yerlər mükəmməl olmalıdır. İstər kişi, istərsə qadın buğalar çox təmzilikdə aşırı diqqətcil olurlar. Buğa bürcü sevgiliniz varsa, mütləq səliqəli olmalısınız. Əgər siz dağınıq bir insansınızsa, onlar sizi qısa müddətdə tərk edə bilərlər.

Poliqon.info