Ermənistan, İran və Hindistan ticarət yolunu açır...

Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə salınması üçün üçtərəfli görüş baş tutacaq...

Poliqon xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" logistika şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Görüş İranda baş tutacaq: üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyi Sputnik Ermənistan-ın yazılı sorğusuna cavab olaraq bildirmişdi ki, Ermənistanın operator kimi iştirak formatı hazırda məlum deyil. Nazirlik yeni marşrutlardan istifadənin Ermənistanın ticarət potensialını artıracağını vurğulayıb. Bildirilib ki, İrəvanın Hindistana, eləcə də Cənub-Şərqi Asiyanın perspektivli bazarlarına etibarlı çıxışı olacaq.

Xatırladaq ki, marşrut Körfəz ölkələri və Hindistandan Avropa İttifaqı və Avrasiya İqtisadi İittifaqı ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (istər avtomobil, istərsə də dəmir yolu ilə), oradan Gürcüstana və oradan Bolqarıstan, Yunanıstan və ya Rusiya (dəniz limanları və ya Verxniy Lars keçid məntəqəsi vasitəsilə) limanlarına çatdırıla bilər.

İran və Ermənistandan keçən marşrut Hindistan və Körfəz ölkələrinə logistika xərclərini 25%, habelə daşıma müddətini demək olar ki, yarıbayarı (Süveyş kanalı vasitəsilə 40 gündən 18 günə qədər) azaltmağa imkan verəcək.

Poliqon.info